"Neftçi" Premyer Liqada 11 qol vuran hücumçunu seçim qarşısında qoydu

13:00 Neftçi 322
"Neftçi" Premyer Liqada 11 qol vuran hücumçunu seçim qarşısında qoydu

Bassala Sambu "Neftçi"də qalarsa, daha əsas heyət oyunçusu olmayacaq.

İngiltərəli hücumçu klub rəsmiləri tərəfindən bu barədə məlumatlandırılıb.

Premyer Liqanın son mövsümündə 11 qol vuran böyük britaniyalıya bildirilib ki, bu, Yuri Vernidubun qərarıdır.

Baş məşqçi komandaya 2 yeni forvard cəlb etməyi planlaşdırdığından,

Sambunu ilk "11-lik"də görmür. Bu da o deməkdir ki, ön xətt oyunçusu seçim etməlidir - ya mövcud vəziyyətlə barışırsan, ya da çıxıb gedirsən.

Sambu bu münasibətə görə özünü günahlandırmalıdır. Çünki yaxınlarda rəhbərliyi şoka salıb. Belə ki, "ağ-qaralar" Seneqal əsilli forvarda 2+1 illik yeni müqavilə təklif irəli sürüb. O isə elə bir rəqəm deyib ki… Nə az, nə çox, düz 500 min dollar!

Bassalanın ötən müddətdə aldığı aylıq maaş bu rəqəmin qat-qat aşağıdır. Odur ki, anlaşmanın yenilənmə ehtimalı azdır.

Bura 2025-ci ilin fevralında gəlmiş Sambunun son klubu Cənubi Kiprin "Paralimni"si olub. 28 yaşlı forvardla bağlanmış 1,5 illik müqavilə iyunun sonunda başa çatacaq.

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri”nin yetirməsidir. O, 2017 və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə premyer-liqasının çempionu olub.

Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb.

Afrika kökənli qolçu bu mövsümün yekunlarına əsasən, "Neftçi"nin ən məhsuldar iki simasından biridir. Onunla yanaşı, Emin Mahmudov da liqada 11 dəfə fərqlənib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!