"Neftçi"nin yay fasiləsində etdiyi ilk transfer Rüfət Abbasov oldu.
Əksəriyyət niyəsə düşünür ki, gənc müdafiəçi ehtiyat qüvvə kimi planlara daxildir.
Amma bu qəti belə deyil.
Yuri Vernidubun gənc oyunçu ilə bağlı düşüncələri çox müsbətdir.
O, "Neftçi"nin yetirməsinin klubun gələcəyinin bir parçası olacağına inanır.
Məşqçilər korpusunu və klub rəhbərliyinə Rüfətlə bağlı ağızdolusu danışıb.
Hətta bildirib ki, belə davam etsə, qısa müddətdə hazırda milli komandada onun mövqeyində çıxış edən Elvin Cəfərquliyevdən daha güclü futbolçu olacaq.
Abbasov son iki mövsümü "Şamaxı"da keçirib.
Meydana çıxdığı 74 matçda 2 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
21 yaşlı arxa xətt oyunçusu ölkənin bir nömrəli komandasına da dəvət olunur.
XANOĞLAN / SPORTİNFO.AZ

