"Neftçi"nin baş məşqçisi niyə gecələr yata bilmir?

10 İyun 20:00 Neftçi 1 910
"Neftçi"nin baş məşqçisi niyə gecələr yata bilmir?

"Neftçi" 2026/2027 mövsümünü açıq elan edib.

"Ağ-qaralar" bu gün Bakıda bir araya gəlməyə başlayıb.

Paytaxt təmsilçisi bundan təxminən bir həftə sonra Sloveniyaya yollanacaq. Kollektiv Balkan yarımadasında 3-4 yoxlama oyunu keçirmək niyyətindədir.

Konfrans Liqasında iştirak edəcək "Neftçi"nin baş məşqçisi Yuri Vernidub yenə hamıdan məsuliyyətli tərpənib.

Ukraynalı mütəxəssis 3 gün öncə Bakıya qayıdıb, təlim-məşq topllanışına hazırlıq işləri gorüb. O, klubun funksionerləri ilə söhbətində avrokuboklarla bağlı düşüncələrini bölüşüb.

Bildirib ki, vaxt az, görəcəkləri işlər isə çoxdur.

Çalışdırıcı Bakıda olmadığı müddətdə boş oturmadığını, ona təklif edilən futbolçuların gecə-gündüz təhlilini apardığını, hətta gecələr yata bilmədiyini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO