Azərbaycan millisi Avropa Liqasında İspaniyaya məğlub oldu

16 İyun 02:20 Voleybol 626
Azərbaycan millisi Avropa Liqasında İspaniyaya məğlub oldu

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:1 (25:19, 22:25, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.

Komanda ötən gün baş tutan matçda Şimali Makedoniya millisini 3:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM