"Sabah”ın Çempionlar Liqasında ilk rəqibi onlardan biri olacaq - SİYAHI

16 İyun 11:00 Sabah 794
"Sabah”ın Çempionlar Liqasında ilk rəqibi onlardan biri olacaq - SİYAHI

"Sabah"ın Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın "Şemrok Rovers", Uelsin TNS, İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "KuPS", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora", Cəbəllüttariqin "Linkoln", Rumıniyanın "Universitatya", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivləridir.

I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama