“Neftçi” kritik qərar verməyə hazırlaşır – Daha 3…

25 Noyabr 2021 13:00 Neftçi 2 137
“Neftçi” kritik qərar verməyə hazırlaşır – Daha 3…

Samir Abasovun “Neftçi”nin getməsi an məsələsidir və zamanın öhdəsinə buraxılıb. Dünən klubun Müşahidə Şurasının iclası keçirilib.

Klubun rəsmi saytının yaydığı xəbərə görə, onlayn şəkildə təşkil olunmuş yığıncaqda komandanın son nəticələri və baş məşqçi ilə hazırkı durum müzakirə edilib.

Şura üzvləri komandanın vəziyyətinin düzəldilməsi ilə bağlı fikirlərini bildiriblər. Sonda baş məşqçiyə dəstək verən üzvlər Abasovun qısa zaman ərzində komandanı toparlayacağına inandıqlarını qeyd ediblər və ona növbəti oyunlarda uğurlar arzulayıblar.

Rəsmi saytın yaydığı xəbər ictimaiyyətdə fərqli başa düşülüb. Elə anlaşılıb ki, Abasovun üzərində toplaşan qara buludlar şuranın dünənki iclasından sonra tamamilə dağılıb.

Əsla belə deyil! Həqiqət ondan ibarətdir ki, baş məşqçinin cəmi 3 turluq limiti qalıb. «Səbail», «Qəbələ» və «Sumqayıt»la matçlar onun gələcək müqəddəratını müəyyən edəcək.

Abasovdan maksimum nəticə istənilib. Premyer Liqanın ötən3 turunda məğlubiyyətlə üzləşən kollektiv çempionluq uğrunda mübarizədə xeyli güc itirib.

Lider «Qarabağ»dan 9 xal geri düşən «ağ-qaralar» bu 3 həftədə büdrəsə, demək olar titulu ilə erkən vidalaşacaq. Klub rəhbərliyi indi əlavə tədbirlər görür.

Samir Abasovla aylardan bəri problem yaşayan, nəhayətdə futbolçuların da ondan narazı qaldığını görən yönətim ehtiyat variant üzərində çalışır. Onların Abasovu əvəzləmək istədiyi yeni baş məşqçi italiyalıdır.

Redaksiyamıxza verilən bilgiyə görə, 4 gündür həmin mütəxəssislə danışıqlar davam etdirilir. Hələlik adı gizli saxlanılan çalışdırıcı Azərbaycana dəvət olunub.

O, Premyer Liqanın qış fasiləsinədək olan müddətdə keçirəcəyi 3 matçı stadiondan izləməli, sonra fəaliyyət proqramını hazırlayıb təqdim etməlidir.

Apenninli sükançıya təklif olunan müqavilənin müddəti 2+2-dir. Ad açıqlanmasa da, bildirilib ki, dəvət göndərilən məşqçi böyük təcrübəyə malikdir və ölkəsində kifayət qədər tanınır.

Danışıqların gedişi hələ ki, «Neftçi» təmsilçilərinin istədiyi məcrada gedir. İtaliyalı onlardan komandanın son 6 ayda keçirdiyi oyunların diskini istəyib.

O, futbolçularla bağlı məlumat toplamağa başladığını söyləməklə, bakılı rəsmilərin bu izdivacın gerçəkldəşə biləcəyinə ümidləndirib.

Müşahidə Şurası dekabrın sonunda növbəti dəfə bir araya gələcək. Və orada komandanın durumuna dair yekun qərar veriləcək. Ona kimi italyan mütəxəssislə görüşmələr də yekunlaşmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda