"Qarabağ" BU SİYAHIDA da liderdir

19 Oktyabr 2021 20:40 Neftçi 1 033
"Qarabağ" BU SİYAHIDA da liderdir

Ötən həftəsonu baş tutan oyunlarla 7-ci tura yekun vuruldu.

Bu, həm də Premyer Liqasının dörd dövrədən ibarət olan birinci dövrəsinin başa çatması demək idi.

Geridə qalan iki ayda çempionatda kifayət qədər maraqlı qarşılaşmalara şahidlik etdiyimizi deməliyik.

“Keşlə”nin mövsümə ardıcıl 4 məğlubiyyətlə başlaması, “Sabah”ın qələbə üzünə həsrət qalması, “Qəbələ”nin cəmi 1 oyunda uduzması – bu və digər faktlar elita mübarizəsinin gərginliyindən xəbər verməkdədir.

Dediyimiz gərginlik bir çox hallarda özünü hakimlərin cibindən çıxardığı sarı və qırmızı vərəqələrdə göstərirdi.

Elə isə, ilk dövrədən sonra komandaların intizam cədvəlinə nəzər salaq:

Qarabağ 15 (sarı)
Neftçi 17
Qəbələ 22 1 (qırmızı)
Zirə 21
Sumqayıt 21
Keşlə 19 2
Səbail 16 1
Sabah 19 2

Turnir cədvəlində olduğu kimi, burda da siyahıya “Qarabağ” başçılıq edir. Ağdamlılar cari mövsümdə ən az sarı vərəqə görən komandadır.

Üstəlik, qırmızı vərəqəyə görə təəssüflənməyiblər.

Ən çox vərəqə görən komandalar isə, “Qəbələ”, “Keşlə” və “Sabah”dır. İlk dövrənin 6 “qırmızı”sından 5-i bu komandaların passivindədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"