
"Bura nə üçün gəldiyimizi bilirik. Oyuna yaxşı hazırlaşmışıq. Sabah uğurlu oyun sərgiləməyə çalışacağıq".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Mamadu Mbodj Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
Seneqallı müdafiəçi "Dinamo" (Tbilisi) ilə oyunlarda zəif çıxış etməsinin səbəbini izah edib: "Bu, futboldur. Belə hallar baş verə bilər. Sabahkı oyuna çox yaxşı hazırlaşmışıq. Əvvəllər gördüyünüzdən daha yaxşı Mbodj görəcəksiniz".
O, qol vuracağı halda yenə Seneqal İslam fəlsəfəsini yayan Serinye Babakarın şəklini göstərəcəyini bildirib: "Buna inanıram. Sabah yenə sinəmdə Babakarın fotosunu görəcəksiniz".
Mbodj yeni transferlər haqda isə deyib: "İnanıram ki, onlar bizim gücümüzə güc qatacaqlar. Hər ikisini salamlayıram".