Macarlar "Neftçi”dən imtina etdi – BAŞQASI TAPILDI

23 İyun 2021 23:20 Neftçi 1 066
Macarlar "Neftçi”dən imtina etdi – BAŞQASI TAPILDI

“Neftçi”nin Sloveniyadakı təlim-məşq toplanışında keçirəcəyi ikinci yoxlama oyununda rəqibi dəyişib.

Sportinfo.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanın “Fehervar” klubu zədəlilərinin çoxluğu ilə əlaqədar sınaq matçından imtina edib.

Buna görə də “ağ-qaralar” iyunun 24-də Sloveniyanın “Domjale” klubu ilə qarşılaşacaq.

“Domjale” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Sloveniyanın Kranska Qora bölgəsindəki “Ramada Hotel & Suites”də məskunlaşan ölkə çempionu ilk yoxlama oyununu iyunun 21-də “Kodeljevo Sport Ljubljana” stadionunda yerli “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirib - 1:1.

Bakılılar iyunun 29-u Moskva “Spartak”ı ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?