Millinin sabiq qapıçısı “Neftçi” ilə razılaşmağa yaxındır

10 İyun 2021 20:20 Neftçi 4 860
Millinin sabiq qapıçısı “Neftçi” ilə razılaşmağa yaxındır

Son 4 mövsümü “Neftçi”də keçirən Səlahət Ağayevin müqavilə müddəti başa çatıb.

Paytaxt təmsilçisi qapıçıya 1+1 illik yeni kontrakt təklif edib.

Son ilyarımda əsas heyətdə yerini itərən millinin keçmiş “1 nömrə”si ağ-qara formanı geyinməkdə davam etmək üçün əvvəlkindən fərqli şərtlərlə razılaşmalıdır.

Bu isə onun maaşnın azaldılması ilə barışması deməkdir. Təqribən 10-12 min manatlıq endirimdən söhbət gedir.

Bu yaya kimi “Neftçi”də ayına 25-27 min manat qazanan “əlcək sahibi”yə indi 12-15 min manat civarinda əməkhaqqı təklif olunur.

Ağayevə iki başqa dəvət də gəlib, ancaq o, birinci növbədə öz klubu ilə anlaşmağa cəhd göstərir. Danışıqlar belə davam etsə, Səlahət “Neftçi”dən heç yana tərpənməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti