Sabiri "Neftçi"yə gətirən adam ondan nə danışdı?

20 Aprel 2021 13:00 Neftçi 1 819
Sabiri "Neftçi"yə gətirən adam ondan nə danışdı?

"Sabir Buqrin bizə təklif olunanda ondakı keyfiyyəti görmüşdüm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

Hazırda "Keşlə"də çalışan və eyni vəzifəni icra edənfunksioner belçikalı yarımmüdafiəçini ölkəmizə necə gətirməsindən belə söz açıb:

"İlk baxışdan bizim çempionata uyğun futbolçu olduğu qənaətinə gəldik. Əsas da "Qarabağ"a qarşı oyunlarına baxdıq. İstədik "Qarabağ"a qarşı necə futbol oyndağını görək və bilək ki, hansı effekti verə bilər. Xarici menecerin vasitəsilə bundan sonra onu "Neftçi"yə cəlb elədik".

Sultanov Sabir Buqrinin ilk vaxtlar özünü yaxşı tərəfdən göstərə bilməməsini belə izah edib:

"Bir insan yerini dəyişdisə mütləq narahatçılıq olur. Adicə başqa bir evə gedəndə istər-istəməz bir az çəkinirsən. Bir müddət keçəndən sonra açılışırsan. Bu da eynilə belə bir şeydir.

Futbolçu da başqa bir ölkəyə gələndə özünə gəlməsi üçün vaxt lazım olur. Düzdü, məşqçi amilindən də çox şey asılı olur. Məni maraqlandıran ondakı futbolçu keyfiyyəti idi. Hansı ki, bunu mən onda görmüşdüm".

O, "Neftçi"nin hazırkı büdcəsi ilə Buqrin səviyyədə futbolçuları ölkəmizə gətirmək çətindirmi" sualına isə belə cavab verib: "Neftçi"nin hazırkı büdcəsi ilə belə futbolçular gətirmək düşməkdən asılıdır.

Buqrini gətirməmişdən qabaq həmin büdcəyə yüzlərlə futbolçu təklif olunmuşdu. Bu qədər futbolçu arasından seçim aparmaq üçün bir-bir baxmaq, zaman ayırmaq lazımdır.

Çempionlar Liqasındakı oyunlarını görəndə bilirsən ki, bu o səviyyəni görüb. Bu gün "Düdelanj" axırıncı yerdə getsəydi, o qədər də önəm verməyəcəkdik.

Futbolçu götürəndə hansı klubda oynamasına diqqət olunur. Çempionlar Liqası və ya Avropa Liqasında oynayıbsa ona üstünlük verilir".

Digər Xəbərlər
Xəbər Lenti