Namik Ələskərov imza atdı, "Neftçi" 1400-ü vurdu

18 Aprel 2021 20:20 Neftçi 478
Namik Ələskərov imza atdı, "Neftçi" 1400-ü vurdu

“Neftçi” Azərbaycan çempionatları tarixində 1400-cü qolunu vurub.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, Premyer Liqanın XXIII turunun “Zirə” ilə görüşünə təsadüf edib.

“Ağ-qaralar”ın 4:0 hesabı ilə qalib gəldiyi görüşdə vurulan 3-cü qol yubiley xarakteri daşıyıb. Bu qarşılaşmayadək 1397 dəfə fərqlənən bakılılar 1401-ə çatıb. Yubiley qoluna Namik Ələskərov imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti