Hondanı izləmək üçün "Neftçi"nin oyununa 3 əməkdaş gəldi - FOTO

18 Aprel 2021 11:20 Neftçi 1 108
Hondanı izləmək üçün "Neftçi"nin oyununa 3 əməkdaş gəldi - FOTO

Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri "Bakcell Arena"da keçirilən Premyer Liqanın XXIII turunun "Neftçi" - "Zirə" matçını izləyib.

Sportinfo.az xəbər verir ki, səfirliyin üç əməkdaşı Keysuke Hondanın oyununa baxmaq üçün qonaq qismində stadiona gəlib.

35 yaşlı yarımmüdafiəçi qol vurmasa da, 81 dəqiqə meydanda qalıb və Ömər Buludovla əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti