"Neftçi"nin prezidenti baş məşqçinin qarşısında geri çəkildi, TRANSFER BÜDCƏSİNİ ARTIRDI

28 Yanvar 2021 13:00 Neftçi 1 646
"Neftçi"nin prezidenti baş məşqçinin qarşısında geri çəkildi, TRANSFER BÜDCƏSİNİ ARTIRDI

«Neftçi» yeni hücumçunun alınması üçün transfer büdcəsini artırıb.

Sportinfo.az bu barədə məlumatı klubdan əldə edib.

Redaksiyamıza verilən bilgiyə görə, namizəd legionerlərə təklif olunan aylıq məbləğ 15 min dollaradək qaldırılıb.

Əvvəl isə bu rəqəm 8-9 min dolları keçmirdi. Yenilik Samir Abasovun təkidindən və narazılığından sonra baş verib.

Belə ki, komandanın çalışdırıcısı 2 aydır axtarışında olduğu və maraq dairəsinə düşən forvardların heç birinin alıınmamasından şikayətlənib. Gənc mütəxəssis bu səbəbdən klubun kuratoru Mikayıl İsmayılovla görüşməyə və sözünü deməyə fürsət axtarır.

O, SOCAR-ın vitse-prezidentinin qəbuluna düşmək üçün vasitəçi axtarışına çxıb.

Abasovun fikrincə, prezident Kamran Quliyev büdcəni bəhanə gətirərək, transfer əməliyyatının baş tutmasına imkan vermir. Yəni, qəsdən krmandanın güclənməsinə mane olur.

Abasovun belə düşünmək üçün ciddi əsası mövcuddur. Unutmayaq ki, onun təyinatı Quliyevin təqdimatı əsasında gerçəkləşməyib. Bu məsələ klub prezidentinin iradəsindən kənar həll olunub.

SOCAR və AFFA başbilənlərindən dəstək almış Samir bəy artıq yaxın çevrəsinə Quliyev barədə gileyini daha tez-tez dilə gətirməyə başlayıb.

Yəqin ki, o, bir müddət bunun səs-sorağı daha çox çıxacaq. Hər halda baş məşqçi zamanın onların əleyhinə işləməsinin fərqindədir və görür ki, problem tezliklə çözülməsə, komanda hədəfindən uzaqlaşacaq, çempionluq şansını itirəcək.

Quliyevin transfer büdcəsini gec də olsa artırması, əslində, Abasovun İsmayılovla görüşünü önləmək, onu sakitləşdirmək məqsədi daşıyır.

Ehtiyat edir ki, baş məşqçi SOCAR-ın binasına dəvət olunsa, kreslosu laxlayaacaq. Bu isə oturduğu kürsüdən ikiəlli yapışan Quliyevin ən qorxulu yuxusudur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"