"Bu heyətlə çox şeyə nail olmaq olar" - "Sumqayıt"ın kapitanı

14 İyul 2021 15:00 Müsahibə 1 230
"Bu heyətlə çox şeyə nail olmaq olar" - "Sumqayıt"ın kapitanı

Konfrans Liqasına hazırlğı Türkiyədə davam etdirən "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Sportinfo.az-a müsahibə verib.

- Təlim-məşq toplanışı necə gedir?

- 2 iyuldan hazırlıq üçün Türkiyəyə gəlmişik. Gəldiyimiz ilk gündən hər gün 2 və ya 1 məşqimiz olub. Konfrans Liqasına kimi tam hazır olmağa çalışırıq. Məşqçilər heyəti həm məşqlərdə, həm də iclaslarda rəqibin zəif cəhətlərini bizə deyir.

- Türkiyədə keçirdiyiniz hər iki yoxlama görüşünü komanda uduzdu. Bunu nə ilə əlaqələndirərdin?

- Adından da göründüyü kimi yoxlama oyunudur. Belə oyunlarda əsas məqsəd səhvləri görmək və onu analiz edib düzəltməkdir. Nəticə yox, önəmli olan oyundan oyuna səhvlərimizi azaltmaqdır.

- Konfrans Liqasınakı ilk oyuna 1 həftə vaxt qalır. Bu müddətdə səhvləri aradan qaldırmaq mümkün olacaq?

- Hər bir komanda yoxlama oyunları ilə səhvləri düzəltmək istəyir. Tam olmasa da minimuma endirməyə çalışırıq. İnşallah, komanda olaraq səhvləri aradan qaldırıb, hazır olacağıq.

- Hazırkı heyətlə avrokuboklarda hansı nəticəyə nail olmaq olar?

- Təbii ki, yaxşı nəticəyə ümidimiz var. Güclü komandaya rəqib olmuşuq. Bizi iki çətin 90 dəqiqə gözləyir. Demək olar ki, ötənilki heyətimiz qorunub. İnşallah, bu heyətlə çox şeyə nail olmaq olar. Çünki çox yaxşı kollektivimiz var.

- Narahatçılıq doğurun hansısa məqam var?

- Şükürlər olsun ki, elə ciddi narahatçılıq yoxdur.

- Serbiya təmsilçisi "Çukariçki"ni arxada qalan günlər yəqin ki, daha dərindən öyrənmək imkanınız oldu. Daha çox nələrə diqqət etməlisiniz?

- Hər gün, demək olar ki, baş məşqçimiz bizə rəqib haqqında məlumatlar verir. Rəqib standart vəziyyətləri çox yaxşı istifadə edir. Əsasən, künc zərbələrində çox diqqətli olmalıyıq.

- Ötən mövsüm "Sumqayıt" avrokuboklarda debüt edirdi. Artıq indi daha təcrübəlisiniz. Səncə, uğurlu çıxış üçün bu amilin faydası olacaq?

- Az da olsa, təcrübə varımızdır. Təbii ki, bu təcrübənin bizə köməyi dəyəcəyini düşünürəm.

- UEFA-nın yeni qaydalarından sonra artıq səfər qolu kimi bir üstünlük yoxdur. Bu qərara münasibətin necədir?

- Mənim fikrimcə, bu, yaxşı qərardır. İndiki halda nəticələr daha ədalətli olacaq. Çünki səfərdə qol vuran komandanın iki qat üstünlüyü olurdu. İndi isə səfərdə qollu heç-heçə edən komanda da evdə qələbə qazanmağa çalışacaq.

- Operativ Qərargah nəhayət ki, azarkeşlərin stadionlara buraxılmasına icazə verdi. Komanda olaraq bu qərara reaksoyanız necə oldu?

- Bir ildən çoxdur azarkeşsiz oyunlar keçiririk. Bu qərara çox sevindik. Yenidən onların dəstəyini hiss edəcəyik. Çünki azarkeşlərimizin qarşısında oynamaq bizə əlavə güc verir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti