Yayda “Neftçi”nin qarşısına çıxdı, indi Azərbaycandan təklif aldı

13:40 Premyerliqa 102
Yayda “Neftçi”nin qarşısına çıxdı, indi Azərbaycandan təklif aldı

Favaz Abdullahiyə Azərbaycandan təklif gəlib.

Sportinfo.az Afrika mətbuatına istinadən xəbər verir ki, bu barədə futbolçunun agenti, Nigeriya millisinin sabiq hücumçusu Stiven Makinva açıqlama verib.

Agent konkret klubun adını açıqlamasa da, Belarusda - "Dinamo"fa (Minsk) çıxış edən yarımmüdafiəçinin Azərbaycandan da təklif aldığını bildirib.

"Daha əvvəl Sloveniya, Xorvatiya, İsrail, Azərbaycan, Slovakiya və Serbiyadan variantlar var idi. Lakin zədə səbəbindən bu imkanların bəzilərindən yararlana bilmədi".

Favaz Abdullahi cari mövsümün əvvəlində Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı oyunda meydana çıxıb.

Bakıdakı ilk görüşdə "Dinamo" 4:2 hesabı ilə qalib gəlib, səfərdəki cavab matçında isə "Neftçi" 1:0 hesablı qələbə qazanıb. Buna baxmayaraq, Belarus təmsilçisi növbəti mərhələyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti