Tanınmış FİFA meneceri “Sportinfo”ya MARAQLI AÇIQLAMA verdi

Tanınmış FİFA meneceri “Sportinfo”ya MARAQLI AÇIQLAMA verdi

“Avropa təcrübəsi yalnız məşqçinin hansı ölkədə işləməsi və ya tərcümeyi-halında hansı klubların adının olması ilə ölçülməməlidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Asadov Pro Bridje”nin rəhbəri Emil Əsədov deyib.

Tanınmış FİFA meneceri bildirib ki, əsas məsələ onun müasir oyun prinsiplərini nə dərəcədə bilməsi, futbolçuları inkişaf etdirmək bacarığı, dəyişikliklərə uyğunlaşması və klub üçün uzunmüddətli futbol modeli qura bilməsidir:

”Ümid edək ki, qarşıdakı aylarda və illərdə Azərbaycan klublarına gətirilən məşqçilər sadəcə, əcnəbi mütəxəssis statusuna deyil, həqiqi Avropa təcrübəsinə, müasir futbol biliyinə və konkret inkişaf planına malik olacaqlar. Bu mövsümdə bütün komandalarımıza uğurlar arzulayıram”.

Digər Xəbərlər
Xəbər Lenti