Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Xorvatiyada "Mladost"un qonağı olan Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv səfərdə 3:2 (25:22 21:25, 25:23, 23:25, 15:13) hesablı qələbəyə sevinib.
"Turan"ın III təsnifat mərhələsindəki rəqibi Bolqarıstanın "Maritsa" klubu olacaq.
"Turan" oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda "Mladost" üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb.
Tovuz təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstanın "Maritza" komandası ilə üz-üzə gələcək.
