Çempionlar Liqasında apardığı mübarizə «Sabah»ın gücünü alır.
Valdas Dambrauskasın əlinin altında iki heyət olsa da.
Qurban Qurbanovun illərdir yaşadığı problemlə indi onun litvalı həmkarı üzləşir.
Ehtiyat skamya nə qədər uzun olur-olsun, aparıcı fiqurlardan 2-3 nəfər ilk «11-lik»də yer almayanda, bu, tstər-istəməz, komandanın oyununa mənfi təsir göstərir, onu axsadır.
Dambrauskas Premyer Liqada uduzmaq istəmir. Burada məğlubiyyət almaq ona ağır gəlir. «Qarabağ»la oyunda bunun işartıları açıq sezildi.
Bir neçə gün əvvəl Dortmund «Borussiya»sına qarşı əməllicə güc sərf eləmiş legionerlərin demək olar hamısını ilk dəqiqələrdən «döyüş»ə atdı.
ÇL-dən qalan yorğunluğun hələ onların canından çıxmadığını bildiyi halda.
Dambrauskas ümid edirdi ki, hücum futbolu oynamamaqla, sadəcə, topu özlərində, xüsusən mərkəz zonada saxlamaqla «Qarabağ»ı məğlubiyyətə uğrada bilərlər.
O, bu fikirdən və plandan son dəqiqəyədək geri çəkilmədi, böyük risk almadı. İşdir, «Sabah» sürəti və təzyiqi bir qədər artırsaydı, həmin qolu vuracaqdı.
Litvalı oyuna «eybi yox, bu dəfə udmarıq, qalan ikisində udarıq» prizmasından yanaşdı.
MUSA
