Azərbaycan futbolunda növbəti biabırçı hadisə! - VİDEO

14:20 Hadisə 395
Azərbaycan futbolunda növbəti biabırçı hadisə! - VİDEO

Azərbaycan Kubokunda biabırçı hadisə yaşanıb.

Yarışın ikinci təsnifat mərhələsində keçirilməli olan “Zəngəzur” – “Karvan-Yevlax” matçının start fiti 15 dəqiqədir gecikir.

Saat 14:00-da başlamalı olan görüşdə futbolçular meydana çıxsa da, təcili tibbi yardım maşını arenada olmadığı üçün hakimlər briqadası oyuna start verməyib.

Hazırda hər kəs görüşün keçirilməli olduğu Binə qəsəbə stadionunda təcili tibbi yardım maşınının gəlməsini gözləyir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Həmin anları əks etdirən görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti