Tənqidlərə cavab verdi: “Sabah”la oyunda bunun bəhrəsini gördük”

Tənqidlərə cavab verdi: “Sabah”la oyunda bunun bəhrəsini gördük”

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç komandasının çıxışını tənqid edənlərin cavabını verib.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis istənilən halda öz oyun fəlsəfəsini dəyişməyəcəyini bildirib. O, bunun son matçlarda özünü doğrultduğunu düşünür.

Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la Bakıda keçirilən matçı da xatırlayıb: “Oyunlarda yüksək pressinq tətbiq etməyimizin səbəbi sadədir – top nə qədər tez geri qaytarılırsa, qol imkanları bir o qədər artar və buraxılan qolların sayı azalar. Meydanın rəqibə aid hissəsində erkən pressinq tətbiq etməklə onları səhvə məcbur etmək və topu qazandıqdan dərhal sonra sürətli hücum təşkil etmək əsas məqsəddir. Bu, həm də rəqibin sürətli əks-hücumlarla təhlükə yaratmaq imkanlarını məhdudlaşdırır. Biz bunun faydasını görməyə başlamışıq. Matçlarda çox az qol buraxırıq. İndi qalır hücumdakı məhsuldarlığı artırmaq. Çempionlar Liqasında “Sabah”la görüşdə, eyni zamanda Bundesliqada “Ayntraxt”la son qarşılaşmada bu sistemin bəhrəsini gördük. Fikrimcə, performansımızı artırdıqca nəticələr daha yaxşı olacaq”.

Bakı Olimpiya Stadionunda keçirilən oyunda “Borussiya” “Sabah”ı 2:1 hesabı ilə məğlub edib. Dortmundlular “Ayntraxt” üzərində isə 1:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti