“Bornmut”un hücumçusu Eli Junior Krupi daha nüfuzlu klublardan birinə keçmək istədiyini etiraf edib.
Sportinfo.az xəbər verir ki, 20 yaşlı futbolçu bu barədə DAZN-a açıqlamasında danışıb:
“Dünyanın ən böyük klublarından birinə keçmək üçün əlimdən gələni edəcəm. Amma hələlik “Bornmut”dayam və azarkeşlər naminə, eləcə də komandanın yaxşı nəticələr qazanmasına kömək etmək üçün əlimdən gələni etməyə davam edəcəm”.
Krupi əlavə edib ki, yayda zədələnməsəymiş, bu mövsüm də “Bornmut”da qalıb-qalmayacağını bilmirmiş. Həmin vaxt Avropanın bir çox klubu fransalı futbolçunu heyətinə qatmaq istəyirdi.
Zədə səbəbindən mövsümün startını buraxan Krupi cəmi bir neçə gün əvvəl, “Mançester Yunayted”lə oyunda (3:0) meydana qayıdıb.
