Azərbaycana gəlmək üçün “Qarabağ”ın hücumçusu ilə əlaqə saxladı

21:20 Hadisə 168
Azərbaycana gəlmək üçün “Qarabağ”ın hücumçusu ilə əlaqə saxladı

Azərbaycan klublarından təklif alan legionerlər ölkəmizdə çıxış etmiş futbolçularla əlaqə saxlayaraq ölkəmiz, çempionatımız və buradakı futbol mühiti haqda müəyyənməlumatlar alır.

Onların bəziləri qərar verməzdən əvvəl vaxtilə Azərbaycanda oynamış həmkarlarının məsləhətlərinə qulaq asırlar.

Elə “Kəpəz”in yeni transferi David Domqjoni də Gəncə klubundan təklif alanda bu yola əl atıb.

Albaniyalı müdafiəçi vaxtilə “Qarabağ”ın formasını geyinmiş Redon Cica ilə əlaqə saxlayıb. Daha sonra “Manisaspor”da komanda yoldaşı olmuş Azərbaycan millisinin sabiq üzvünün sözlərini yadına salıb.

Davidin Sportinfo.az-a dediklərinə diqqət yetirək:

“Əlbəttə, ‘Kəpəz’dən təklif alanda ilk əlaqə saxladığım şəxs Redon Cica oldu. Bildiyiniz kimi, Redon vaxtilə ‘Qarabağ’da çıxış edib, iki il Azərbaycanda oynayıb.

Mən onu ‘Laçi’dən tanıyıram. Vaxtilə həmin klubda komanda yoldaşı olmuşuq.

Cica mənə ölkəniz haqqında yalnız xoş sözlər söylədi. Bildirdi ki, Azərbaycan gözəl mentalitetə, qonaqpərvər və mehriban insanlara sahibdir.

Ölkə özü də sakit, gözəl, işıqlı və yaşamaq üçün əlverişlidir. Bura gələndən sonra Redonun mənə dediklərinin tam şahidi oldum.

Sərtan Taşkın adlı futbolçu var, yəqin ki, tanıyırsınız. Onunla ‘Manisaspor’da komanda qısa müddətdə yoldaşı olmuşuq.

Sərtan mənə Azərbaycan barədə müəyyən məlumatlar verir, ağızdolusu danışırdı. Lakin bu o demək deyil ki, Azərbaycan futbolu barədə heç nə bilmirdim.

Ansi Aqolli “Qarabağ”da oynadığı dövrdə bu komandanın nəticələrini yaxından izləyirdim. Bununla da məndə Premyer Liqa barədə müəyyən təəssüratlar yaranırdı”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti