120-ci dəqiqədə verilən penalti bölgədə aləmi bir-birinə qatdı - ŞOK VİDEO

16:40 Sportinfo TV 220
120-ci dəqiqədə verilən penalti bölgədə aləmi bir-birinə qatdı -  ŞOK VİDEO

Azərbaycan Kubokunun birinci təsnifat mərhələsində keçirilən "Xankəndi" – "Gəncəbasar" matçının son dəqiqələri insidentlə yadda qalıb.

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada əlavə vaxt oynanılıb. Hesabın 2:2 olduğu matçın 120-ci dəqiqəsində hakim "Xankəndi"nin qapısına penalti təyin edib.

Meydan sahiblərinin referinin qərarına etirazı təxminən 4-5 dəqiqə davam edib. "Xankəndi"nin futbolçuları etiraz əlaməti olaraq penalti zərbəsi yerinə yetirilən zaman meydanın digər hissəsində toplaşıblar.

"Gəncəbasar"ın hücumçusu Açimi penaltini dəqiq yerinə yetirərək komandasına 3:2 hesablı qələbə qazandırıb.

Final fitindən sonra da "Xankəndi" futbolçuları ilə hakimlər arasında gərginlik davam edib.

Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti