Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçi postuna namizəddir

19:20 Qarabağ 144
Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçi postuna namizəddir

Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçi postuna namizəddir.

Sportinfo.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist və şərhçi Serdar Ali Çelikler məlumat verib.

O bildirib ki, İsmail Kartalın istefasından sonra bu posta 5 namizəd var. Onların arasında Qurban Qurbanovun da adı keçir.

Yeni baş məşqçi təyin olunana qədər niderlandlı Dirk Kuytu bu vəzifəyə gətirib.

Klubun bununla bağlı yaydığı açıqlamada bildirilib: “İsmail Kartalın istefasından sonra yeni baş məşqçimiz müəyyənləşənə qədər Dirk Kuyt əsas komandamızın müvəqqəti baş məşqçisi vəzifəsini icra edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti