“Komandamız bu vaxta qədər uduzmayıb, hələ görüləsi çox işimiz var”

03:10 II Divizion 84
“Komandamız bu vaxta qədər uduzmayıb, hələ görüləsi çox işimiz var”

“Qarşılaşmanın ağır keçəcəyini bilirdik, çünki rəqibimiz Birinci Liqa komandası idi.

Buna görə də oyuna çox ciddi hazırlaşmışdıq. Hesab edirəm ki, bu cür oyunlar komandamızın gücünə güc qatır və bizə əlavə təcrübə qazandırır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Zaqatala” üzərində 1:0 hesablı qələbə qazanan “Marafon”un baş məşqçisi Ceyhun Cavadov deyib.

Sabirabad təmsilçisinin çalışdırıcısı Birinci Liqa klubuna qarşı keçirilən matçı şərh edib, komandasının məğlubiyyətsizlik seriyasını vurğulayıb və qarşıdakı məqsədləri diqqətə çatdırıb.

“Meydanda maksimum gücümüzü ortaya qoymağa çalışdıq. Doğma azarkeşlərimizin önündə oynadığımız üçün də əsas istəyimiz qələbə qazanmaq idi.

Komandamız bu vaxta qədər məğlub olmayıb və istəyirik ki, bundan sonra da bu seriyanı davam etdirək. Əlimizdən gələni edərək hər oyunda maksimum nəticə qazanmağa çalışacağıq.

“Zaqatala”ya növbəti oyunlarda uğurlar arzulayıram, öz komandamı təbrik edirəm. Qarşıda bizi çətin həftələr və ağır oyunlar gözləyir.

Əsas məqsədimiz çempionat oyunlarında maksimum nəticə göstərməkdir. Kubok oyunlarına da ciddi yanaşırıq, amma çempionat bizim üçün çox vacibdir.

Dediyim kimi, hələ görüləsi çox işimiz var”, - deyə o, açıqlamasında söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?