“Neftçi”nin yay transferi: “Şəxsi istəyimi bilmək istəyirsizsə...”

23:00 Neftçi 121
“Neftçi”nin yay transferi: “Şəxsi istəyimi bilmək istəyirsizsə...”

“Mənim üçün bunun ciddi önəmi yoxdur”.

Bunu Sportinfo.az-a açıqlamasında “Neftçi”nin serbiyalı legioneri Draqolyub Saviç deyib.

Balkanlı yarımmüdafiənin mərkəzində və cinahlarda oynamaq bacarığı ilə seçilir. Bəs görəsən, ona daha rahat və doğma olan mövqe hansıdır?
Səbabkarı dinləyək:

“Harada şans veriblərsə, bacardığımı etməyə çalışmışam. Şəxsi istəyimi bilmək istəyirsizsə, sol vinger kimi özümü daha rahat hiss edirıəm”.

“Neftçi” serbiyalı hücumameylli yarımmüdafiəçi ilə bu ilin avqustunda 2+1 illik müqavilə imzalayıb.

Əsasən sol vinger mövqeyində çıxış edən 25 yaşlı əcnəbi yüksək sürəti, texnikası, hər iki ayağı ilə dəqiq ötürmələri və zərbələri ilə seçilir, komandanın oyun sistemindən asılı olaraq sağ və sol cinahlarda oynaya bilir.

O, Serbiya, Avstriya və Latviya klublarında çıxış edib. RFS ilə Latviya çempionatının (2023, 2024) və kubokunun (2024) qalibi olub.

Sonuncu komandası TSC ilə ötən mövsüm Serbiya Superliqası və kubok yarışlarında 36 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

2026/27 mövsümündə isə Serbiya çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 1 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti