U-20 millimizin Yaponiya ilə yoxlama görüşünü işıqlandırmaq üçün Qəbələyə ezam olunan media nümayəndələri arasında mən də var idim.
Oyunun başlamasına təxminən 40 dəqiqə qalmış artıq Qəbələ şəhər stadionuna çatmışdıq.
Vaxtımın bir qədər qaldığını görüb ətrafdakı stadionlara, ümumiyyətlə, infrastruktura yaxından baxmaq qərarına gəldim.
Elə bu zaman xoşagəlməz bir mənzərə ilə qarşılaşdım.
Ətrafda 5-6 təbii meydança olmasına baxmayaraq, akademiyanın aşağı yaş qrupları o qədər də yararlı vəziyyətdə olmayan süni meydançada məşq edirdi.
Xanoğlan İmanovun Sportinfo TV üçün hazırladığı yeni videosüjetdə məhz bu məqam barədə ətraflı danışılıb.
Aşağıdakı linkə keçid etməklə videonu izləyə bilərsiniz:
