Azərbaycan klubu dördüncü matçında da uduzdu

08:00 Hadisə 119
Azərbaycan klubu dördüncü matçında da uduzdu

Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK "World Winners Cup Alanya 2026" turnirindəki dördüncü matçında da məğlub olub.

Sportinfo.az xəbər verir ki, F qrupunda yer alan ölkə təmsilçisi Fransanın "Sevenne" komandasına uduzub.

Matç rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə təmsilçimiz 32 komandanın mübarizə apardığı turniri 25-ci pillədə başa vurub.

"Marafon" İK qrupda daha əvvəl keçirdiyi görüşlərdə Çinin TMS klubuna (2:4), Ukraynanın "Sunrise" (Kiyev) komandasına (6:8) və Bolqarıstan təmsilçisi "Spartak"a (4:4, p. - 1:3) uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?