Millimizin futbolçusu İspaniya klubunun 3 uğursuz transferi arasında

27 Aprel 2020 12:02 Milli komanda 916
Millimizin futbolçusu İspaniya klubunun 3 uğursuz transferi arasında

“Eybar”ın son dönəmlərdəki uğursuz transferləri açıqlanıb.

Sportinfo.az “Mundo Deportivo”ya istandən xəbər verir ki, siyahıda 3 futbolçunun adı yer alıb.

Məlumata görə, millimizin üzvü Eddi İsrafilov da komandada gözləntiləri qarşıla bilməyənlər arasındadır. Onunla yanaşı, siyahıda İzet Hayroviç və Simone Verdinin də adı var.

Xəbərdə bu transferlər səbəbindən “Eybar”ın maddi ziyana uğradığı da qeyd edilib. Eddi həmin mövsüm komandada cəmi 6 oyun keçirmişdi. 27 yaşlı futbolçu bu görüşlərin yalnız birində meydana əsas heyətdə çıxıb.

İsrafilov 2019-cu ilin avqustundan, İspaniya Sequndasında çıxış edən "Albasete"nin formasını geyinir. "Eybar" isə La Liqada 27 oyundan sonra 27 xalla 16-cı pillədə qərarlaşıb. İspaniyada futbol çempionatları martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”