Futbolçumuz əyləncədən qaçır "Qurdalanmaq mənim işim deyil"

25 Aprel 15:00 Milli komanda 157
Futbolçumuz əyləncədən qaçır "Qurdalanmaq mənim işim deyil"

Azərbaycan millisinin və "Ertsgebirge"nin futbolçusu Dmitri Nazarov koronavirus pandemiyası dövründə də sosial şəbəkələrdən uzaq olduğunu etiraf edib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə "Bild"ə danışıb.

Almaniyanın II Bundesliqasında çıxış edən yığmamızın üzvü özünü belə məşğuliyyətə ehtiyac duymayan azsaylı şəxslərdən biri kimi dəyərləndirib:

"Vaxtımı heç də həmişə mobil telefonumla əyləncəyə, məlumat yerləşdirməyə və ya başqalarının nə iş görmələriylə maraqlanmağa sərf etmirəm. Qurdalanmaq mənim işim deyil.

Bu baxımdan, bir qədər köhnə məktəbdənəm və boş vaxtlarımda telefonumu bir neçə saatlıq kənara qoymağa üstünlük verirəm. Məndən nəyisə soruşmaq istəsəz, telefonum sizdə var".

Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. O, "Ersgebirge"də 2016-cı ildən çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...