Azərbaycan yığmasını bu stadiona buraxmayacaqlar - FOTO

24 Aprel 2020 15:00 Milli komanda 966
Azərbaycan yığmasını bu stadiona buraxmayacaqlar - FOTO

Azərbaycan yığmasının rəqibi olan Lüksemburq UEFA Millətlər Liqasındakı oyunlarını yeni tikilən Milli Stadionda keçirə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Pol Filipp bildirib.

Arenadakı işlərin koronavirus pandemiyası ilə əlaqədar ləngiməsindən məyus olan assosiasiya rəhbəri Millətlər Liqasındakı qarşılaşmaları yeni stadionda oynamağın demək olar ki, mümkünsüzlüyünü söyləyib. FLF prezidenti stadiondakı ilk oyunların 2021-ci ilin martına planlaşdırıldığını sözlərinə əlavə edib.

Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Lüksemburqla yanaşı, Kipr və Monteneqro da birgə yer alıb.

Azərbaycan - Lüksemburq matçı sentyabrın 1-də, komandalar arasındakı növbəti görüş isə noyabrın 15-də keçirilməlidir. Bunlar Azərbaycan yığmasının turnirdəki ilk və son görüşləri olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”