Yenidən millimizin baş məşqçisi olacağı İDDİASINA REAKSİYA

24 Aprel 2020 12:15 Milli komanda 840
Yenidən millimizin baş məşqçisi olacağı İDDİASINA REAKSİYA

“Koronavirus bütün planları pozdu. Ancaq hər şeyin alt-üst olacağını düşünmürəm.

Futbol yenə bərpa olacaq, ən pis halda oyunlar azarkeşsiz keçiriləcək. Klubların maddi ziyana uğradıqları dəqiqdir. Məncə, bundan sonra bahalı transferlər görməyəcəyik”

Sportinfo.az xəbər verir ki, bu sözləri “Kayserispor”un baş məşqçisi Robert Prosineçki “Sport.avaz.ba” saytına geniş müsahibəsində deyib.

Prosineçki 2014 -17-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, yenidən yəğmamızı çalışdıracağı ilə bağlı iddialara da münasibət bildirib: “Bu xəbərin hardan çıxdığını bilmirəm. Belə bir şey yoxdur. Azərbaycandan heç kimlə əlaqə qurmamışam”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”