Yığmamızın üzvləri karantin günlərindən bezməyib ki?

23 Aprel 2020 19:00 Milli komanda 918
Yığmamızın üzvləri karantin günlərindən bezməyib ki?

Azərbaycan millisinin futbolçuları karantin günlərini necə keçirmələrindən danışıblar.

Sportinfo.az xəbər verir ki, Emin Mahmudov, Şahruddin Məhəmmədəliyev, Emil Balayev və Ramil Şeydayev AFFA-nın rəsmi "Facebook" səhifəsinə açıqlamalarında evdəki əsas məşğuliyyətlərindən söz açıblar.

"Neftçi"nin kapitanı vaxtını daha çox uşaqları ilə keçirdiyini bildirib: "Kitablar almışdım, onları oxudum. Fiziki formamı qorumağa çalışıram".

"Qarabağ"ın qapıçısı bildirib ki, karantinin əsas üstünlüyü ailəinə daha çox vaxt ayırması və uşaqları ilə oynaya bilməsidir.

"Zirə"nin qolkiperi isə qida rasionuna xüsusi diqqət yetirdiyini söyləyib: "İmmun sistemini gücləndirən qidalardan istifadə edirəm. Çalışıram ki, bol vitaminli meyvələrə üstünlük verim".

Nəhayət, "Sabah"ın hücumçusu əsasən idman etdiyini deyib: "Formamı qorumağa çalışır, filmlər də izləyirəm. "Centlmenlər"ə baxmağı hamıya tövsiyə edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”