Braziliyalı hücumçuya millimizin formasını geyindirdilər - FOTOLAR

23 Aprel 2020 11:45 Milli komanda 822
Braziliyalı hücumçuya millimizin formasını geyindirdilər - FOTOLAR

Azərbaycan millisinin və BƏƏ-nin “Baniyas” klubunun futbolçusu Riçard Almeyda dostu Fernando Luiz de Sa Juniora formasını hədiyyə edib.

Sportinfo.az xəbər verir ki, o, ötən il noyabrın 16-da “Bakcell Arena”da keçirilən Azərbaycan – Uels (0:2) oyununda 90 dəqiqə geyindiyi formanı braziliyalı dostuna bağışlayıb.

Antalyada yaşayan 32 yaşlı keçmiş hücumçu Fernando Sa isə hədiyyənin fotosunu “Instagram”ın “Story” bölməsində paylaşaraq, bu sözləri yazıb: “Bu gün fanatı olduğum dostumun hədiyyəsindən istifadə etmək günüdür”.

Onun “Instagram” səhifəsində paylaşdığı fotoya isə Riçard Almeyda “alqışlar” işarəsi qoyub. Fernando Sa oktyabr-dekabr aylarında Bakıda olub və Azərbaycan – Uels görüşünü stadiondan izləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti