"Millini çalışdırmağım bu gün üçün aktual deyil"

21 Aprel 2020 20:40 Milli komanda 825
"Millini çalışdırmağım bu gün üçün aktual deyil"

Hazırda Türkiyədə Superliqa təmsilçisi “Kayserispor”u çalışdıran Robert Prosineçki yenidən millimizi çalışdıracağı barədə Türkiyə və Azərbaycan mətbuatında yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, “Futbol+” qəzetinə açıqlamasında hazırda ancaq koronavirus təhlükəsinin aradan qalxacağı zamanı gözlədiklərini söyləyib.

“Hazırda “Kayserispor”un başındayam və hədəfimiz superliqada qalmaqdır. Ona görə də indi başqa heç nə haqda düşünmürəm. O ki qaldı sualınıza konkret cavaba, bu günə qədər AFFA-dan və ya Azərbaycandan mənimlə əlaqə saxlayan olmayıb.

Yəni yenidən millini çalışdıracağımla bağlı yazılanlar bu gün üçün aktual deyil. Çünki hazırda bir işin başındayam. Gələcəkdə ola bilərmi? Gələcəkdə nə olacağını nə siz deyə bilərsiz, nə də mən. Yenə deyirəm, AFFA-dan heç kim mənimlə əlaqə saxlamayıb” – deyə R.Prosoneçki bildirib.

Xorvatiyalı mütəxəssis 2014-17-ci illərdə milli komandamızın baş məşqçisi işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”