Azərbaycanla oyunda baş verən GİZLİ QALMAQAL

20 Aprel 2020 18:15 Milli komanda 1 003
Azərbaycanla oyunda baş verən GİZLİ QALMAQAL

İtaliyanın əfsanəvi futbolçuları Filippo İnzagi ilə Kristian Vyeri arasında “İnstagram”da maraqlı dialoq yaşanıb.

Sportinfo.az xəbər verir ki, onlar 2003-cü ildə Azərbaycan millisi ilə keçirilən görüşü xatırlayıblar.

AVRO-2004 çərçivəsində keçirilən qarşılaşmada baş məşqçi Covanni Trapattoni ilə Vieri arasında yaşanan xoşagəlməz hadisənin təfərrüatını açıqlayıblar.

İnzagi "Vyeri ilə hücumda oynayırdıq. Fasilədə Trapattoninin məni əvəzləyəcəyini bilirdim. Bu üzdən ona yaxınlaşıb dedim ki, Vyerinin səhhətində problem var” –deyə, bildirib.

Matçın 55-ci dəqiqəsində əvəzlənən Vyeri isə hirsindən Trapattoniyə su şüşəsini atdığını bildirib: "Məşqçiyə əsəbləşdim və ona "niyə məni əvəzlədin" sualını verdim. O isə "Bobo, Pippo mənə bildirdi ki, sən xəstələnmisən" dedi.

Vyerinin bu sözlərinə gülən İnzagi "həmin gün 2 qol vurdum" söyləyib.

İtaliyanın millimiz üzərində 4:0 hesablı qələbə qazandığı həmin qarşılaşmada Filippo İnzagi dubl edibsə, Kristian Vyeri və Marko Di Vayo hərəyə bir dəfə fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti