O da artıq Azərbaycan yığmasını çalışdırmaq istəmir?

20 Aprel 2020 16:30 Milli komanda 920
O da artıq Azərbaycan yığmasını çalışdırmaq istəmir?

AFFA-nın Azərbaycan millisini çalışdırmaq üçün düşündüyü namizədlərindən olan Canni De Byazi Albaniya mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, yığmada işləməyin çətinliyindən danışıb:

“Millidə çalışmaq çox gərgin bir təcrübədir. Oyunçularla davamlı bir yerdə olmaq olmur. İki-üç aydın bir futbolçuları qarşılaşmalara hazırlamaq asan deyil. Albaniyada əlimdən gələni etdim, hökümətdən mükafat da aldım. Bunlar gözəl hisslərdir. Sonra isə oradan ayrıldım”.

De Byazi 2011-2017-ci illərdə Albaniya millisinin baş məşqçisi olub. Hazırda işsiz olan təcrübəli mütəxəssis gələcək karyerası barədə də danışıb:

“Əvvəlcə sağlamlıq məsələləri yoluna qoyulmalıdır. Bilirsiniz ki, dünya bu dəqiqə koronavirusla mübarizə aparır. İranda çalışmağa yaxın idim, ancaq hər şey son anda dəyişdi".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”