Millimizin hücumçusu bu davadan nə qədər pul qazandı?

18 Aprel 2020 12:45 Milli komanda 943
Millimizin hücumçusu bu davadan nə qədər pul qazandı?

Xəbər verildiyi kimi, dünən Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatasının iclası keçirilib.

Toplantıda qış fasiləsində Moskva "Dinamo"sundan ayrılan Azərbaycan millisinin və “Sabah”ın hücumçusu Ramil Şeydayevlə sabiq klubu arasındakı barışıq sazişi təsdiqlənib.

Paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qoyulan qadağanın aradan qaldırıldığı elan olunub.

2019-cu ilin yayında "Krılya Sovetov"dan azad agent qismində “Dinamo”ya keçən 24 yaşlı forvardın müqaviləsi bu ilin yanvarında Moskva klubu tərəfindən pozulmuşdu. RFS-in Mübahisələrin Həlli Palatası "Dinamo"nu Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları etdiyi üçün cəzalandırmışdı.

Bundan başqa, Şeydayevin əmək müqaviləsinin əsaslandırılmamış səbəblər olmadan pozulmasına və kompensasiya tələbinə dair ərizəsi qismən təmin edilmişdi.

Yeni oyunçuların qeydiyyatdan keçirilməsinə qadağa Şeydayev qarşısında öhdəliklər yerinə yetiriləcəyi təqdirdə götürülə bilərdi. Həmin öhdəlikləri RFS-in Mübahisələrin Həlli Palatası müəyyənləşdirib.

Buna kimi "Dinamo" İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə hazırlaşırdı. Çünki Moskva təmsilçisi Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatasının ilk qərarı ilə razılaşmırdı.

İndi hər şey qaydasındadır. Sportinfo.az-ın məlumatına görə, Rami lbu məsələdən qazanclı çıxıb. Sabiq klubu yığmamızın forvardına təzminat ödəyəcək.

Müqaviləsi bu ilin iyununda bitməli olduğundan, "Dinamo" ona 3 ayın maaşını ödəyəcək. Hər halda tərəflər qarşılıqlı güzəştə bu şərt daxilində nail olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti