Azərbaycanlı hücumçu keçmiş klubu ilə barışdı

17 Aprel 2020 20:40 Milli komanda 1 005
Azərbaycanlı hücumçu keçmiş klubu ilə barışdı

Sportinfo.az xəbər verir ki, Rusiya Futbol İttifaqı (RFS) Mübahisələrin Həlli Palatası qış fasiləsində Moskva "Dinamo"sundan ayrılan "Sabah"ın hücumçusu Ramil Şeydayevlə sabiq klubu arasındakı barışıq sazişini təsdiqləyib.

Bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, bununla da paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qoyulan qadağa aradan qalxıb.

RFS-in Mübahisələrin Həlli Palatası "Dinamo"nu Azərbaycan millisinin üzvü ilə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları etdiyi üçün cəzalandırmışdı.

Şeydayev "Dinamo"ya 2019-cu ilin yayında "Krılya Sovetov"dan azad agent qismində keçib. 2020-ci ilin yanvarında Moskva klubu 24 yaşlı hücumçu ilə müqaviləni pozduğunu açıqlayıb. R.Şeydayev fevralın 17-də "Sabah"la mövsümün sonunadək sözləşmə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”