"Azərbaycan yığmasına əcnəbi baş məşqçi gətirməyin" -

17 Aprel 2020 18:45 Milli komanda 1 932
"Azərbaycan yığmasına əcnəbi baş məşqçi gətirməyin" -

İdman TV-də "Ay-ulduzlu liqa" verilişinin növbəti buraxılışı efirə gedib.

Sportinfo.az xəbər verir ki, Tural Məmmədlinin aparıcısı olduğu proqramda Türkiyənin tanınmış məşqçilərindən Yılmaz Vuralla telefon bağlantısı yaradılıb.

Hazırda TFF I Liqada mübarizə aparan "Akhisarspor"u çalışdıran təcrübəli mütəxəssis ona ünvanlanan suala cavab olaraq bildirib ki, Azərbaycan yığmasının baş məşqçi postunu tutmaq istərdi.

67 yaşlı çalışdırıcı hələ bir neçə il öncə bu vəzifəyə əyləşmək şansının yarandığını bildirib: «Onda müəyyən təmaslar olmuşdu və adım bir sürə Azərbaycan millisiylə yarnaşı hallandı. Lakin sonda yetkili şəxslər Robert Prosineçkinin üzərində dayandı.

Təklif gələrsə, Azərbaycanda çalışmağa hazıram. Bu, baş məşqçi postu da ola bilər, başqa bir iş də. Hər halda yerli həmkarlarımla təcrübəmi bölüşsməyə hazıram. Məncə, buna ehtiyac var.

Dünya futbolu ilə ayaqlaşmaq üçün gənc məşqçilərin yetişdirilməsi və istiqamətləndirilməsi vacibdir. Sizin federasiya belə etməlidir.

Azərbaycan millisini yerli məşqçi çalışdırmalıdır. Ora əcnəbi gətirməyin. Bir ölkənin millisinin uğur qazanması üçün onun baş məşqçisinin yerli mentaliteti bilməsi, futbolçuları tanıması şərtdir.

Mən özümü Azərbaycana yad birisi hesab etmirəm. Hər halda bir dildə danışırıq. Futbolun bir taktiki-texniki, bir də insani tərəfi var. Yenə deyirəm, azərbaycanlı dəliqanlı gənci azərbaycanlı məşqçidən yaxşı tanıyan və bilən olmaz".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti