"Mən Azərbaycanla oyunda bunu etdim, dərhal..."

16 Aprel 2020 20:00 Milli komanda 1 105
"Mən Azərbaycanla oyunda bunu etdim, dərhal..."

"Debütümü Azərbaycanla matçda etdiyimi xatırlayıram".

Sportinfo.az xəbər verir ki, bunu Rusiya yığmasının yarımmüdafiəçisi Maqomed Ozdoyev deyib.

"Zenit"in futbolçusu yerli mətbuata geniş müsahibəsində əsas millidəki debütünü yada salıb. O, 2014-cü ildə yığmamıza qarşı "Ximki Arena"da keçirilən yoldaşlıq görüşündə ilk dəfə meydana çıxdığını və həyəcanlı olduğunu söyləyib:

"Açığı, hesab dəqiq yadımda deyil. Deyəsən 4:0 hesabı ilə qalib gəlmişdik. Zaman tez keçir, hər şeyi unuduram. Amma həyəcanlı olduğum yaxşı yadımdadır.

Həyəcanı yenməyin tək yolu isə ilk 3 ötürmənin dəqiq olmasıdır. Yanındakına, arxandakına və ya önündəkinə ötürmə verməyin fərqi yoxdur. Əsas odur ki, dəqiq olsun. Mən bunu etdim, dərhal özüməinam yarandı".

2014-cü il sentyabrın 3-də baş tutan Rusiya - Azərbaycan qarşılaşmasında Maqomed Ozdoyev fasilədən sonra meydana daxil olub. Rusların 4:0 hesabı ilə qalib gəldiyi görüşdə Aleksandr Kerjakov dubl edib, digər qollara isə Sergey İqnaşeviç və Vladimir Qranat imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”