Millimizin futbolçusu xəstələr üçün pul verdi

15 Aprel 2020 10:15 Milli komanda 756
Millimizin futbolçusu xəstələr üçün pul verdi

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" koronavirusla mübarizədə yerli xəstəxanalara dəstək olub.

Sportinfo.az xəbər verir ki, "Aqrovista" şirkətinin də maliyyə yardımı ilə klinikalar üçün 1 200 litr tibbi spirt, 10 min maska, 7 min əlcək, 100 ədəd xüsusi qoruyucu geyim dəsti və 500 respirator alınıb.

500 min qriven (təqribən 20 min ABŞ dolları) xərclənən qoruyucu vasitələrin bir hissəsi artıq Priutovski kənd şurasına təhvil verilib. Yaxın gələcəkdə tibbi avadanlıqların vahid ərazi birliyinin tibb müəssisələrinə paylanacağı bildirilib.

"Aleksandriya" daha əvvəl Kirovoqrad vilayətindəki üç tibb müəssisəsi üçün süni nəfəs aparatı alıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”