Azərbaycan millisindən yenə də imtina etdi: "BURADA QALIRAM"

14 Aprel 2020 18:00 Milli komanda 1 031
Azərbaycan millisindən yenə də imtina etdi:

«Spartak»ın yarımmüdafiəçisi Ayaz Quliyev AFFArəsmilərini yenidən üzüb.

Sportinfo.az-ın məlumatına görə, o, Azərbaycan millisindən gələn növbəti təklifi geri çevirib.

Moskva «Spartak»ının icarəyə verməyə hazırlaşdığı futbolçu AFFA-nın ona klub tapmaqda köməklik göstərməsini istəməyib. Quliyevə təklif olunmuşdu ki, legioner həyatı yaşasın.

Buna razılıq verərdisə, AFFA-nın menecerləri onun maliyyə tələblərini qarşılaya biləcək komanda ilə anlaşmasına yardımçı olmağı öz üzərinə götürmüşdü.

O şərtlə ki, Ayaz Azərbaycan yığmasının formasını geyinsin. Fəqət, 23 yaşlı oyunçu Rusiyada qalacağını və hazırda bir neçə klubla danışıqlar apardığını söyləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti