İşçi Qrupu yaradıldı - Millilərdəki dəyişikliklə əlaqədk

14 Aprel 2020 17:30 Milli komanda 791
İşçi Qrupu yaradıldı - Millilərdəki dəyişikliklə əlaqədk

FIFA milli komandaların beynəlxalq oyunların təqvimi ilə bağlı xüsusi işçi qrupunun məşğul olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumdan "RİA Novosti"yə bildirilir.

FIFA mümkün dəyişikliklər barədə məlumatın əlavə olaraq dərc ediləcəyini vurğulayıb. FIFA-nın vitse-prezidenti Viktor Montalyani beynəlxalq matçların 2021-ci ildən əvvəl başlaya bilməyəcəyini söyləyib. Kanadalı funksioner fikrini ifadə edib.

“İnanıram ki, yerli futbol prioritetdir. Sentyabr hələ plandadır, amma buna əmin deyiləm. Çünki indi hər şey dəyişir. Beynəlxalq sərhədləri keçərkən problemlər ola bilər.

Futbol qarşılaşması üçün yaşıl işıq olarsa, azarkeşlərlə baş tutacağına şübhə edirəm. Mən, sadəcə onu görmürəm, düşünürəm kİ, bu, çox böyük bir riskdir” deyə Montalyani vurğulayıb.

Koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus çempionatı istisna olmaqla, bütün yarışlar dayandırılıb. Dünyada isə Burundi, Tacikistan, Nikaraqua və Tayvanda yarışlar keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”