Azərbaycan millisi 2021-ci ilə kimi meydana çıxmayacaq?

14 Aprel 2020 14:45 Milli komanda 823
Azərbaycan millisi 2021-ci ilə kimi meydana çıxmayacaq?

Bu ilin sonuna kimi böyük ehtimalla milli komandaların matçları keçirilməyəcək.

Sportinfo.az xəbər verir ki bu barədə FİFA-nın vitse-prezidenti Viktor Montalyani məlumat verib.

Funksioner hesab edir ki, yığmaların beynəlxalq oyunları 2021-ci ildən əvvəl başlaya bilməz. Bunun səbəbi ölkələrin daxili çempionatları başa vurmaq üçün vaxta ehtiyacı , habelə sərhədlərlə bağlı mümkün qadağaların olmasıdır.

"Hazırda əsas prioritet daxili yarışlar olmalıdır. Yığmaların matçları sentyabr ayı üçün aktualdır. Ancaq mən hazırkı vəziyyətlə əlaqədar həmin vaxt oyunların keçiriləcəyini düşünmürəm.

Ancaq əminəm ki, 2021-ci ilin martına kimi hər şey qaydasında olacaq. Əsas milli çempionatlara kömək etməkdir. Sonra bizim tədbirlər haqda düşünmək olar" - deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”