AFFA-dan millinin baş məşqçi postuna namizədlə son… RAZILIQ VAR?

13 Aprel 2020 14:50 Milli komanda 1 366
AFFA-dan millinin baş məşqçi postuna namizədlə son… RAZILIQ VAR?

AFFA Abdullah Avcı ilə razılaşmağa çalışır.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Futbol Sayfası” saytı məlumat yayıb.

Bildirilir ki, Avcının Azərbaycan millisinin başına keçmə ehtimalı davam edir. Daha öncə Türkiyə mətbuatı 48 yaşlı mütəxəssisin təklifi qəbul etmədiyini yazsa da, hazırda danışıqların hələ də davam etdiyi vurğulanıb. Tərəflər maddi şərtlərdə razılaşmağa çalışırlar. Danışıqların martın əvvəli yekunlaşacağı billdirilir.

Xəbərdə AFFA-nın Çesare Prandelli və Canni De Byazi ilə də təmasda olduğu qeyd edilib. Abdullah Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”