Istedadlı hücumçunun Azərbaycan millisinə cəlb olunması İtaliyanı QARIŞDIRDI!

15:40 Milli komanda 229
Istedadlı hücumçunun Azərbaycan millisinə cəlb olunması İtaliyanı QARIŞDIRDI!

“Samdoriya”nın 18 yaşlı hücumçusu Lorenzo Mezzoteronun Azərbaycan milli komandasına dəvət alması İtaliyanın idman mediasında geniş müzakirələrə səbəb olub.

B Seriyasında ilk qolunu yenicə vuran gənc forvardın əsas milliyə çağırılması onun inkişafına verilən müsbət qiymətlə yanaşı, İtaliyanın perspektivli futbolçunu əldən verə biləcəyi barədə müzakirələri də gündəmə gətirib.

Sportinfo.az xəbər verir ki, noyabrın 6-da Azərbaycan millisinin heyəti açıqlanandan sonra bir neçə İtaliya nəşri bu hadisəyə xüsusi materiallar həsr edib.

Bəzi jurnalistlər baş məşqçi Ayxan Abbasovun qərarını iki milli komandanı təmsil etmək hüququ olan futbolçunu heyətə cəlb etmək baxımından vaxtında atılmış addım kimi qiymətləndiriblər.

Bu xəbərə ilk reaksiya verən nüfuzlu “TuttoMercatoWeb” portalı olub. Jurnalist Tommazo Maskio məqaləsinə kifayət qədər diqqətçəkən başlıq seçib: “Azərbaycan vaxt itirmir və İtaliyanı qabaqlayır”.

Məqalədə qeyd olunur ki, Mezzotero unudulmaz həftə keçirir. “Virtus Entella” ilə oyunda peşəkar karyerasının ilk qolunu vurduqdan sonra o, əsas milliyə dəvət alıb. Hücumçu daha əvvəl Azərbaycanın U-21 yığmasının heyətində də üç oyun keçirib.

Nəşr “İtaliya daha bir istedadı itirə bilər” xəbərdarlığını edərək Azərbaycan millisindən gələn dəvətin futbolçunun gələcək beynəlxalq karyerasına təsir göstərə biləcəyini vurğulayıb.

Oxşar mövqeni “Chiamarsi Bomber” portalı da bölüşüb. Jurnalist Culio Piras materialını belə adlandırıb: “Mezzotero Azərbaycan millisinə çağırıldı: İtaliya 2008-ci il təvəllüdlü istedadı itirmək riski ilə üz-üzədir”.

Müəllif Azərbaycanın operativ davranmasına diqqət çəkib. Onun fikrincə, gənc hücumçu İtaliyada hələ geniş auditoriyanın diqqətini cəlb etməyə başladığı vaxt Azərbaycan artıq ona beynəlxalq karyerasında növbəti addımı atmaq imkanı yaradıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə