20 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası noyabrda təlim-məşq toplanışı keçəcək.
Sportinfo.az xəbər verir ki, yığma noyabrın 9-dan 15-dək Qəbələdə, 16-dan 21-dək isə Bakıda hazırlıq keçəcək.
U-20-nin toplanış çərçivəsində keçirəcəyi yoldaşlıq görüşləri və rəqibləri barədə əlavə məlumat veriləcək.
Millimizin heyətinə dəvət alan futbolçuların siyahısını təqdim edirik:
Qapıçılar: Həbib Hüşənov (“Qəbələ”), Aftandil Arıxov (“Sumqayıt”), Elbrus Kərimov (MOİK).
Müdafiəçilər: Uğur Qurbanlı (“Qarabağ”), Rəvan Feyziyev (“Qəbələ”), Murad Qurbanov (“Zirə”), Həzrət Səmədov (“Sabah”), Rəşad Alışov (“Qarabağ”), Vüsal Paşayev (“Sumqayıt”), Əhməd Tarverdiyev (“Sabah”).
Yarımmüdafiəçilər: Nadir Orucov (“Sumqayıt”), İslam Həsənov (“Graficar”, Serbiya), Raul Süleymanov (“Herta”, Almaniya), Pünhan Qasımzadə (“Neftçi”), Hikmət Cəbrayılzadə (“Qarabağ”), Anar Hüseynov (“Sabah”), İbrahim Babayev (“Barselona”, İspaniya), Eltun Babazadə (“Şəfa”).
Hücumçular: Nicat Nərimanov (“Brommapoykarna”, İsveç), Əli Bəşirov (“Qarabağ”), Ziya Şəkərxanov (“Qəbələ”), Şahin İbrahimov (“Sabah”), Şahnur İsmayılov (“Kəpəz”), Nihad Orucəli (“Sumqayıt”).
