AFFA departament rəisisi yığmanın başına gətirdi

24 Fevral 2021 11:40 Milli komanda 1 262
AFFA departament rəisisi yığmanın başına gətirdi

15 yaşadək futbolçulardan ibarət millinin yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az-ın məlumatına görə Fərrux İsmayılov bu posta gətirilib. Yaxın günlərdə bu təyinatın rəsmən açıqlanması gözlənilir.

Məşqçilik karyerasına «Bakı»da başlayan millinin keçmiş hücumçusu bu sahədə özünü son olaraq «Neftçi»də sınayıb.

Öncə U-17, daha sonra U-19-u çalışıb. Yayda buradan ayrılan İsmayılov AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi vəzifəsinə gətirilib.

O, yeni işində federasiyanın Texniki Direktoru postuna keçən Cahangir Həsənzadəni əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda